2020-10-03 15:42

Məşhur aktyordan Azərbaycana dəstək

Türkiyənin məşhur aktyoru Tolqa Sayışman da digər həmkarları kimi Azərbaycana dəstək nümayiş etdirib.

Aktyor "İnstagram" səhifəsində Azərbaycan bayrağı ilə birgə foto paylaşaraq, Azərbaycan dilində paylaşım edib:''Səni çox sevirəm. Axıra qədər dəstəkləyirik''.

Aktyorun xüsusən də Azərbaycan dilində paylaşım etməsi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xatırladaq ki, cəbhədə qızğın döyüşlər başayan andan Türkiyənin ən məşhur sənətçiləri, o cümlədən Tarkan, Doğuş, Serdar Ortac, Mustafa Ceceli, Alişan, Aydan Şene Azərbaycana və Azərbaycan Ordusuna dəstək olduğunu nümayiş etdiriblər.

Xəbər lenti

0000-00-00


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı