2020-10-14 10:25

Məsut Özildən Azərbaycana dəstək

İngiltərənin "Arsenal" klubun futbolçusu Mesut Özil Azərbaycana dəstək olub.

32 yaşlı yarımmüdafiəçi bu barədə "Twitter" hesabında paylaşım edib.

Almaniya yığmasının sabiq üzvü Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini yazıb.

Türk əsilli oyunçu "Tək millət, iki dövlət" ifadəsini də paylaşıb.

M.Özil qeyd edib ki, Ermənistan BMT-nin ölkəmizin işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına dair qətnamələrini tamamilə məhəl qoymur.

Xəbər lenti

0000-00-00


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı