2020-11-03 11:46

Hamı sosial şəbəkədə oturub səbirsizliklə şad xəbərləri gözləyir

"Eşidirik 9, 10 kənd xilas edildi. Şəhərin adını eşidəndə isə lap qürurlanırıq. Belə xəbərlərdən ləzzət alırıq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "7 Canlı" proqramında deyib. Sənətçi son günlər cəbhədə baş verənlərdən, qələbə xəbərlərindən söz açıb:

"Əsgərlərimiz böyük hünər göstərir. Bu günlərdə hamımız bir yumruq olmuşuq. Hamı bir-birini təbrik edir. Fərqi yoxdur kim hansı kənddən, rayondanıq. Artıq o deyim unudulub. Hamımız olmuşuq azərbaycanlı. Qələbə, müharibə insanları dəyişib.İnsanlar arasında mehribanlıq, birlik yaranıb. Küçəyə çıxırsan insanlar mehriban davranır. Bundan da adam ləzzət alır. Fəxr edirəm, sevinirəm. Hər gün qələbəyə daha da yaxınlaşırıq. İnşallah, tezliklə Şuşada, Laçında, Kəlbəcərdə olacağıq. Qarabağın ən yüksək yerindən bayrağımız asılacaq".

Xəbər lenti

0000-00-00


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı