2020-11-03 12:05

Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir

Gürcüstanda COVID-19 virusu yayılmaqda və bu səbəbdən ölüm hallarının sayı artmaqda davam edir.

Son 24 saat ərzində ölkədə koronavirusa 1943 yeni yoluxma halı qeydə alınıb, 1833 nəfər bu xəstəlikdən müalicə olunub, 20 nəfər ölüb. Koronavirusa yoluxanların ümumi sayı 44 min 522-yə çatıb.

AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib.

Bildirilir ki, koronavirusdan ölüm hallarının 7-si paytaxt Tbilisidə, 5-i Acarıstanda, 6-sı İmereti, 1-i Şidi Kartli, 1-i isə Mtsxeta-Mtianeti bölgəsində qeydə alınıb.

Gürcüstanda koronavirusun qeydə alındığı ilk gündən – fevralın 26-dan bu günədək 362 nəfər pandemiyanın qurbanı olub.

Yoluxma hallarının da çoxu paytaxt Tbilisidə qeydə alınıb – 650 nəfər. Acarıstan bölgəsində 506, İmeretidə 324, Kvemo Kartli – Borçalıda 46, Şidi Kartlidə 100, Quriyada 47, Sameqrelo-Zemo Svaneti və Kaxetidə 200, Mtsxeta-Mtianetidə 39, Samtsxe-Cavaxetidə 4, Raça-Leçxumi və Kvemo Svanetidə 4 fakt qeydə alınıb.

Hazırda ölkədə 15 min 501 aktiv koronavirus xəstəsi var. Onlardan 589-nun vəziyyəti ağır qiymətləndirilir, 281 nəfər süni nəfəs aparatına qoşulub.

Hazırda Gürcüstanda 3080 karantində, 28 min 267 nəfər özünü təcrid şəraitindədir.

Xəbər lenti

0000-00-00


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı