2020-11-21 10:55

Prezident ona general rütbəsi verdi

Prezident ona general rütbəsi verdi
Oxunma sayı: 16293

Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

"Qafqazinfo"nun xəbərinə görə, sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif olunub. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülub.

2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalı alıb.

Xəbər lenti

0000-00-00


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı