2021-03-29 13:56

Elm həm də böyük, qüdrətli ordu, güclü iqtisadiyyat deməkdir...


İnformasiya Texnologiyaları İnstitutunda "Elmi-tədqiqat aktivliyi üzrə bəzi dünya ölkələrinin reytinqlərinin müqayisəli təhlili və elmin maliyyələşməsi məsələləri” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminarda çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev hazırda dünya dövlətlərinin strateji gücünün onların elmi, intellektual potensialları ilə qiymətləndirildiyini, aparıcı ölkələrin öz görkəmli alimləri, elmi-tədqiqat institutları və innovasiya mərkəzləri ilə nüfuz qazandığını deyib.

Akademik  bildirib ki, ölkəmizin dövlət siyasətinin əsasında cəmiyyətin bütün sferalarında yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi və innovativ fəaliyyətin təşkili dayanır. Həyatımızın istənilən sahəsində qabaqcıl elmin tətbiqi, milli intellektual məhsulun formalaşması, daxili bazarımızın öz iqtisadi təhlükəsizliyini qoruyub saxlaması və xaricdən asılılığın azalması, qlobal dünyaya inteqrasiya, eyni zamanda inkişaf etmiş ölkələrlə müxtəlif sferalarda səmərəli əməkdaşlıqların təşkili Azərbaycanın regionda lider dövlətə çevrilməsinə rəvac verir: "Elm həm də böyük, qüdrətli ordu, güclü iqtisadiyyat deməkdir. Elm qlobal dünyaya inteqrasiyanı sürətləndirmək, ağıllı, şüurlu insanlar yetişdirmək deməkdir”.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı