2021-04-05 14:05

Bakı-- Moskva əməkdaşlığı: 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb

 Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan --Rusiya diplomatik əlaqələrinin qurulmasının 29-cu ildönümü münasibətilə feysbuk səhifəsindəki paylaşımında qeyd olunub ki, Azərbaycan Rusiyanın mühüm və strateji tərəfdaşıdır və bunu ən yüksək siyasi səviyyədə ikitərəfli təmasların statistikası təsdiqləyir: "Keçən dövrdə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif formatlarda 100-dən çox danışıqlar aparıb. Hökumət xətti boyunca parlamentlər, müvafiq nazirliklər və idarələr səviyyəsində aktiv işlər aparılır ki, bu da Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Bildirilir ki, xarici işlər nazirləri arasında əlaqələr müntəzəm  xarakter alıb. Belə ki, bu il Sergey Lavrov və Ceyhun Bayramov arasında üç telefon danışığı baş tutub. Qeyd olunub ki, bugünə qədər iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı