2021-04-19 11:38

Azərbaycanın sülh siyasəti İspaniya mətbuatında

İspaniyanın beynəlxalq iqtisadiyyat və maliyyə jurnalının elmundofinanciero.com saytında Kral I Xuan Karlos adına Universitetinin hüquq üzrə professoru, Panavropa Beynəlxalq İttifaqının üzvü Karlos Uriarte Sançesin mətbuata  verdiyi müsahibə dərc edilib.

Bildirilir ki, məqalədə aprelin 13-də Azərbaycan Diplomatik Akademiyasında - ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın keçirildiyi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin bu konfransda Cənubi Qafqaz bölgəsində dialoq, sülh və sabitliyi təşviq etmək üçün əla təşəbbüslə çıxış etdiyi xüsusi vurğulanıb: "Bu gün Cənubi Qafqazda Qarabağı dünyanın çiçəklənən və sabit bir bölgəsinə çevirəcək inkişaf və əməkdaşlıq strategiyasına hər zamankından daha çox ehtiyac var. Ümid edirəm ki, bu bölgə yenidən mediada müzakirə olunduqda, söhbət yalnız onun gözəlliyindən və dünyanın bu hissəsində səyahət etmək nə qədər xoş olacağından gedəcək, çünki Qarabağ Qərbi Şərqlə, Avropanı Asiya ilə birləşdirən bir qovşağa çevriləcək. Qoy belə də olsun".

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı