2021-04-19 11:43

Şəhid ailələrinə dövlət qayğısı davam edir

Məlumat verilir ki, ötən həftə 146 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən dörd gün  ərzində  ( 12 -18 aprel) 102 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Əlavə olunub ki, daha 25 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 76 şəxsin tibb xərclərinin ödənilməsi və 10 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı